Etibar Eminov Qətər səfirliyində başsağlığı kitabını imzalayıb
Bugün
38
Siyasət
A
Etibar Eminov Qətər səfirliyində başsağlığı kitabını imzalayıb

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi-Gürcüstan müftisi Etibar Eminov Qətərin Atası Əmir, mərhum Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı münasibətilə Gürcüstandakı Qətər Dövlətinin Səfirliyini ziyarət edib və başsağlığı kitabını imzalayıb.

Aktual.ge xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.

Müfti qeyd edib ki, ziyarət zamanı mərhum Əmirin vəfatından doğan dərin hüzn ifadə olunub.

"Bu ağır itki münasibətilə Qətərin Əmiri Zati-aliləri Şeyx Təmim bin Həməd Al Taniyə, Əl-Tani ailəsinə, Qətər Dövlətinin rəhbərliyinə və bütün qardaş Qətər xalqına səmimi başsağlığımızı çatdırırıq", - deyə Etibar Eminov qeyd edib..

ŞƏRH YAZ
0