İlham Əliyev:
13.07.2026 10:22
175
Dünya
A
İlham Əliyev: "Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək"

"Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq".

Aktual.ge AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

"Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır", - deyə İlham Əliyev qeyd edib.

ŞƏRH YAZ
5