Tbilisidə insident: Gecə klubunun mühafizəçisi bıçaqlanıb
13.07.2026 11:40
193
Hadisə
A
Tbilisidə insident: Gecə klubunun mühafizəçisi bıçaqlanıb

Tbilisidə gecə klublarından birinin yaxınlığında qanlı insident baş verib. 

Aktual.ge xəbər verir ki, hadisə zamanı həmin klubun mühafizəçisi soyuq silahla bıçaqlanaraq xəsarət alıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Polis İdarəsinin əməkdaşları qəsdən sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə əvvəllər məhkum olunmuş bir şəxsi saxlayıblar.

Yaralı mühafizəçi tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
3