Bugün
201
Dünya
A
"Ərdoğan olmasaydı, NATO sammitinə qatılmazdım" | Tramp

ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.

Aktual.ge xəbər verir ki, o, NATO ilə bağlı çox məyus olduğunu deyib.

"Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə keçirilməsi həqiqətən də çox böyük hadisədir. Biz bu günədək NATO-ya trilyonlarla dollar sərmayə qoymuşuq. Nəyə görə? Avropa ölkələrini qorumaq üçün... Onları Rusiyadan qorumaq üçün. Amma onların da hansısa şəkildə bizə dəstək vermək üçün nəsə etmələri lazım idi", - Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton Ankaradan NATO üzrə bir sıra digər tərəfdaşlarına nisbətən daha çox dəstək alır:

"Türkiyə bizə ənənəvi müttəfiqlərimiz hesab edilən digər ölkələrdən daha çox kömək edir".

ŞƏRH YAZ
2