Marneuli bələdiyyəsində qazın verilməsi gözləniləndən əvvəl bərpa olunur
Bugün
460
Siyasət
A
Marneuli bələdiyyəsində qazın verilməsi gözləniləndən əvvəl bərpa olunur

“SOCAR Georgia Gas” şirkətinin yaydığı məlumata əsasən, abonentlər üçün təbii qazın verilməsinin bərpa olunma vaxtında dəyişiklik edilib.

Aktual.ge xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi, qazın verilməsinin 9 iyul saat 09:00-da bərpa edilməsi planlaşdırılırdı.

Lakin yenilənmiş məlumata görə, Marneuli bələdiyyəsi ərazisində təbii qazın mərhələli şəkildə verilməsinə artıq bu gün – 7 iyul saat 15:00-dan etibarən başlanılıb və proses günün sonunadək davam edəcək.

Şirkət abonentlərə SMS bildirişlərini diqqətlə izləməyi və qazın verilməsi bərpa olunduqdan sonra qaz cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.

ŞƏRH YAZ
0