Qabal mahalının Uzuntala kəndində fermerin evinə əl qumbarası atılıb
Bugün
289
Kriminal
A
Qabal mahalının Uzuntala kəndində fermerin evinə əl qumbarası atılıb

Laqodexi bələdiyyəsinin Qabal mahalına daxil olan Uzuntala kəndində heyvandarlıq biznesi ilə məşğul olan Elşad Söyünovun yaşadığı evin həyətinə əl qumbarası atılıb.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə gecə gec saatlarında baş verib.

Əldə edilən məlumata əsasən, həyətə atılan partlayıcının partlamasına baxmayaraq, xoşbəxtlikdən həmin vaxt evdə heç kim olmayıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Kənd sakinlərinin sözlərinə görə, artıq iki gündür ki, polis qüvvələri həm hadisə yerində, həm də kənd ərazisində patrul xidməti həyata keçirir.

Aktual.ge xəbər portalı məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən rəsmi mövqe öyrənməyə çalışır.

ŞƏRH YAZ
2