Abituriyentlərin nəzərinə: Marneulidə regional sınaq imtahanı keçiriləcək
Bugün
207
Maraqlı
A
Abituriyentlərin nəzərinə: Marneulidə regional sınaq imtahanı keçiriləcək

Marneulidə abituriyentlər üçün növbəti regional sınaq imtahanı təşkil olunacaq.

İmtahan "1+4" proqramı çərçivəsində Ümumi Qabiliyyət Testi (Verbal və Riyaziyyat) üzrə keçiriləcək.

Verilən məlumata görə, sınaq imtahanı real imtahan formatına tam uyğun hazırlanaraq, abituriyentlərin öz biliklərini yoxlamaları üçün əlverişli fürsət yaradır.

Bildirilib ki, sınaq imtahanında iştirak ödənişlidir və yerlər məhduddur.

İmtahan 8 iyul 2026-cı il tarixində, saat 11:00-da Marneulidə yerləşən Azərbaycan Evində (Ataholding) baş tutacaq.

Qeydiyyatdan keçmək istəyənlər 558 72 04 83 nömrəli telefonla əlaqə saxlaya və ya qeyd olunan nömrənin "WhatsApp" xəttinə ad və soyadlarını yazaraq qeydiyyatdan keçə bilərlər.

ŞƏRH YAZ
2