Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndini və 26 May küçəsinin bir hissəsini təbii qazla təmin edən "Mamed Gas" şirkəti, 6 iyul tarixindən etibarən abonentlər üçün kommersiya tarifinin tətbiq olunacağını bildirib.
Aktual.ge xəbər verir ki, şirkət tərəfindən abonentlərin mobil telefonlarına göndərilən SMS mesajında deyilir:
"6 iyul tarixindən etibarən qazın hesablanması kommersiya tarifi ilə – 1,29 lari təşkil edəcək. Əgər razı deyilsinizsə, Qızılhacılı kənd bələdiyyəsinə (Sakrebulo) və ya Qızılhacılı kəndinin deputatına müraciət edin".
