Kateqoriyalar
Abaşa bələdiyyəsində yerləşən “Bank of Georgia” filialına silahlı basqın olub.
Aktual.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
Məlumata görə, şübhəli şəxs iyulun 3-də bank filialına daxil olaraq ov tüfəngindən bir dəfə atəş açıb.
Polis əməkdaşları hadisə yerində həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində şübhəlini isti izlərlə elə hadisə yerində saxlayıblar. Atəş nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanları cinayətdə istifadə olunan ov tüfəngini maddi sübut kimi götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluğu nəzərdə tutan 179-cu maddəsi ilə istintaq aparılır. Həmin maddəyə əsasən, təqsirli şəxs 7 ilədək azadlıqdan məhrum edilə bilər.