Kateqoriyalar
Gürcüstanın Batumi şəhərində İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Xəbərdə bildirilir ki, müxtəlif ağır cinayətlər törətdiyinə görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.