Ölkənin bu bölgəsi üçün təhlükəli hava şəraiti elan edildi
Bugün
229
Maraqlı
A
Ölkənin bu bölgəsi üçün təhlükəli hava şəraiti elan edildi

İyulun 6-sı günün sonundan iyulun 9-u günün birinci yarısınadək Şərqi Gürcüstanda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə güclü, Kaxeti bölgəsində isə olduqca güclü olacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Bildirilib ki, iyulun 6-dan 9-dək şimşək çaxması, dolu düşməsi və küləyin güclənməsi mümkündür.

Agentliyin bildirdiyinə görə, gözlənilən güclü yağıntılar Şərqi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Kaxeti bölgəsinin kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər.

Xəbərdarlıq edilib ki, təhlükə səviyyəsi Kaxeti bölgəsində yüksək, qalan ərazilərdə isə orta olaraq qiymətləndirilir.

ŞƏRH YAZ
0