Əsgər və polislərin maaşları 45%, dövlət qulluqçularının maaşları isə 30% -dən çox artıb
02.10.2024 16:53
590
Siyasət
A
Əsgər və polislərin maaşları 45%, dövlət qulluqçularının maaşları isə 30% -dən çox artıb

Son 3 ildə əsgər və polislərin maaşları 45 faiz, dövlət qulluqçularının maaşları isə 30 faizdən çox artıb.

Aktual.ge xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

“Son 3 ildə əsgər və polis işçilərinin maaşları 45% artıb. Əsgər və polislərlə yanaşı, 2021-ci ildə həyata keçirilən qanunvericilik dəyişikliyi nəticəsində dövlət sektorunda çalışan bütün işçilərin maaşları tənzimlənməyə başlanılıb. Son 3 ildə dövlət sektorunda çalışan işçilərin əmək haqqı 30%-dən çox artıb, bunun üçün 600 milyon lariyə qədər (ümumi artırılmış büdcənin 8,5%-i) vəsait ayrılıb,” – sənəddə qeyd olunub.

Bundan əlavə, 2025-ci ilin büdcə layihəsinə əsasən, gələn il Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi 330 milyon laridən çox artacaq. Bu halda polislərin və hərbi qulluqçuların maaşları daha 10 faiz artırılacaq.

ŞƏRH YAZ
14