Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü M.Ş.-ni qətl törətməyə cəhd ittihamı ilə saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu haqda DİN məlumat verib.
Qurumun məlumatına əsasən, sözügedən cinayət əməli 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən restoranlardan birində baş vermiş mübahisə zəminində 1999-cu il təvəllüdlü M.O.-ya iti alətlə müxtəlif bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
Yaralı kişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Polis M.Ş.-ni hadisədən dərhal sonra isti izlərlə saxlayıb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır”, – məlumatda qeyd olunub.