ABŞ-İran qarşıdurması genişlənir: SEPAH regiondakı hədəflərə silsilə zərbələr endirib
Bugün
256
Dünya
A
ABŞ-İran qarşıdurması genişlənir: SEPAH regiondakı hədəflərə silsilə zərbələr endirib

İran Silahlı Qüvvələri ABŞ-nin hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hədəflərinə silsilə zərbələr endirməyə başlayıb.

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, zərbələrin hədəfləri və nəticələri barədə dəqiq təfərrüat hələlik açıqlanmır.

Bununla yanaşı, regionda vəziyyət gərgin olaraq qalır. Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı hava hücumundan müdafiə sistemlərinin ölkə səmasında düşmən hədəflərini zərərsizləşdirdiyini bəyan edib. Qətər Müdafiə Nazirliyindən isə bildirilib ki, ölkə ərazisinə atılan ballistik raketlərin qarşısı alınır. İyulun 12-də BƏƏ və Bəhreyn hakimiyyəti də öz hava məkanlarında İran raketlərinin və pilotsuz uçuş aparatlarının vurulduğunu təsdiqləyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı "Şahzadə Həsən" aviabazasına raket zərbəsi endirdiklərini elan edib. Məlumata görə, zərbə nəticəsində bazadakı komandanlıq mərkəzi və "MQ-9" dronlarının yerləşdiyi anqar məhv edilib. SEPAH əgər ABŞ hücumları davam etdirərsə, daha sərt cavab tədbirləri görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, iyulun 12-nə keçən gecə İran Hörmüz boğazının "əlavə bildirişə qədər" və "ABŞ-nin bölgəyə müdaxiləsi dayandırılana qədər" bağlandığını elan edib. Bununla eyni vaxtda ABŞ İrandakı hədəflərə qarşı hücumlara başlayıb. Pentaqon rəhbəri Pit Heqset isə "İran yanlış seçim etdi və indi bunun əvəzini ödəyir" deyə bəyan edib.

ŞƏRH YAZ
1