Yetkinlik yaşına çatmayan oğlan bıçaqlanıb
Bugün
443
Kriminal
A
Yetkinlik yaşına çatmayan oğlan bıçaqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş idarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində yaranan münaqişə nəticəsində yetkinlik yaşına çatmayana soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Bildirilib ki, yaralanan yeniyetmə müvafiq tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları 'isti izlər'lə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən qismində saxlayıblar.

Polis cinayət aləti olan bıçağı sübut kimi götürüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır ki, bu da 13 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1