Kateqoriyalar
Gürcüstanda yay mövsümü ərzində orta temperatur bir qədər yüksək olacaq, yağıntının miqdarı isə normadan az və ya norma həddində gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Ətraf Mühit Agentliyinin İqlim İdarəsinin şöbə müdiri Xatuna Kokoşadze yay mövsümü ilə bağlı proqnozu açıqlayarkən bildirib.
"İlin ayrı-ayrı dövrlərində temperaturun artması mümkündür. Düzənlik və aran ərazilərində temperatur 39–40°C-yə qədər yüksələ bilər. Dağlıq zonalarda 37–40°C, yüksək dağlıq ərazilərdə isə 33–37°C arasında olması gözlənilir.
Yay mövsümü ərzində bu fəsil üçün xarakterik hadisələrin – quraqlıq, istilik dalğaları, eləcə də güclü yağıntıların baş verməsi mümkündür", - deyə Xatuna Kokoşadze bildirib.