ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri dalğasının başa çatdığını açıqlayıb.
Aktual.ge xəbər verir ki, Komandanlığın yaydığı məlumata görə, əməliyyat zamanı İran ərazisində yerləşən təxminən 90 hərbi hədəf vurulub.
Bildirilib ki, zərbələrin məqsədi Hörmüz boğazında ticarət gəmilərinə və mülki dənizçilərə qarşı mümkün hücum imkanlarını daha da zəiflətmək olub.
CENTCOM-un açıqlamasına əsasən, hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər yer alıb.
Bundan əvvəl CENTCOM "X" sosial şəbəkəsində yaydığı paylaşımda ABŞ qüvvələrinin İrana qarşı əlavə zərbələrə başladığını elan etmişdi. Açıqlamada qeyd olunmuşdu ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək imkanlarını daha da məhdudlaşdırmaqdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Birləşmiş Ştatların İranın ən böyük neft ixrac terminallarından birinin yerləşdiyi Xarq adasını nəzarətə götürə biləcəyini bəyan etmişdi.