Kateqoriyalar
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.
Aktual.ge xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib.
Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb.
Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlum verilməyib, ölkə rəsmiləri hücumların edilyini, lakin bu mərhələdə hansı ölkə tərəfindən edildiyinin məlum olmadığını diqqətə çatdırıblar.