"Bu gün ölkədə biznes tamamilə sərbəstdir – azad bir mühit mövcuddur və hər kəs siyasi baxışlarından asılı olmayaraq biznes fəaliyyəti ilə məşğul ola bilər".
Aktual.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, tikinti icazələrinin verilməsi siyasi baxışlara görə həyata keçirilmir.
"Azad mühitin ən yaxşı nümunəsi Mamuka Xazaradzenin şirkətidir. 'Pirveli' telekanalını maliyyələşdirən, siyasi fəaliyyətlə məşğul olan Xazaradze öz biznesinə – iri tikinti şirkətlərindən birinə sahibdir və o, heç bir maneə olmadan fəaliyyətini davam etdirir. Bununla demək istəyirəm ki, hər hansı bir biznes subyekti, siyasi baxışlarından asılı olmayaraq, qanun çərçivəsində hərəkət edə və fəaliyyət göstərə bilər. Heç bir maneə törədilmir", - deyə Kaxa Kaladze qeyd edib.