Ağır yol qəzası: Hərbi qulluqçu həlak olub
Bugün
110
Hadisə
A
Ağır yol qəzası: Hərbi qulluqçu həlak olub

Gürcüstanın Kutaisi–Zestafoni avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Gürcüstan Müdafiə Nazirliyinə məxsus avtomobil ilə yük maşını toqquşub. Qəza nəticəsində hərbi qulluqçu hadisə yerində həyatını itirib.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, həlak olan şəxs kapral Rajden Letodianidir.

Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı 2026-cı il iyulun 11-də Hərbi Polis Departamenti tərəfindən Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin idarə edilməsi qaydalarının pozulması və bunun nəticəsində hərbi qulluqçunun ölümü faktı üzrə istintaqa başlanılıb.

Hadisənin digər təfərrüatları araşdırılır.

ŞƏRH YAZ
0