Kateqoriyalar
Qoridə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, Qori şəhərinin mərkəzində, Çavçavadze küçəsində "Jeep" markalı avtomobil piyada olan ana və övladını vurub. Yaralılar Qoridəki klinikalara çatdırılıb.
Gənc qadın xəstəxanada vəfat edib. 3 yaşlı uşağın isə vəziyyəti ağır olaraq qiymətləndirilir və Tbilisidəki klinikalardan birinə köçürləcək.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.