Kateqoriyalar
İyulun 17-dək ölkənin əksər ərazilərində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə isə yağıntıların intensiv olacağı proqnozlaşdırılır.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, bəzi bölgələrdə şimşək çaxacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi ehtimal olunur.
Gözlənilən yağıntılar nəticəsində Gürcüstanın çaylarında su səviyyəsinin artması, kiçik çaylarda daşqınların baş verməsi, həmçinin ölkənin dağlıq və dağətəyi ərazilərində torpaq sürüşmələri və sel hadisələrinin yaranması riski mövcuddur.
İyulun 17-dək ölkə ərazisində havanın temperaturunun gündüz saatlarında +30…+35°, gecə saatlarında isə +19…+22° olacağı gözlənilir.