Kateqoriyalar
ABŞ Tehranın hərbi imkanlarını zəiflətmək məqsədilə İrana zərbələri bərpa edib.
Aktual.ge xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Bu gün Şərq vaxtı ilə səhər saat 6-da (Tbilisi vaxtı ilə saat 14:00-da) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana kütləvi zərbələr endirməyə başlayıb. Zərbələr İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanların daha da zəiflədilməsinə yönəlib", - məlumatda qeyd olunub.