İstanbulda yerləşən "Azadlıq və Demokratiya" adasında Yurtdışı Türklər və Əqrəba Topluluqları Başkanlığının təşkilatçılığı ilə "Bir Hilal Uğrunda: 15 İyulun 10-cu İli" adlı panel proqramı keçirilib.
Proqramda dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak ediblər. YTB sədri Abdulhadi Turus çıxışında 15 iyul 2016-cı il tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin FETÖ terror təşkilatı tərəfindən həyata keçirildiyini, türk xalqının isə Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanlara çıxaraq demokratiyaya və milli iradəyə sahib çıxdığını vurğulayıb.
Abdulhadi Turus 15 İyulun Türkiyə tarixində qəhrəmanlıq və birlik simvolu kimi yadda qaldığını qeyd edib.
Paneldə çıxış edən Türkiyənin tanınmış jurnalistləri və ekspertləri isə 15 İyul çevriliş cəhdinin gedişi, xalqın göstərdiyi müqavimət və hadisələrin Türkiyənin siyasi həyatına təsiri barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbir gənclərin panel iştirakçılarına ünvanladıqları sualların cavablandırılması ilə başa çatıb.
Panel proqramından sonra Aktual.ge xəbər portalına eksklüziv müsahibə verən YTB sədri bildirib ki, əgər 15 iyul dövlət çevrilişi cəhdi uğurla nəticələnsəydi, Türkiyə beynəlxalq tələbələrə təqaüd proqramlarını həyata keçirə bilməyəcəkdi.