Marneulidə qanlı hadisə: Orta yaşlı kişi ailə üzvlərini bıçaqlayıb
Bugün
1570
Siyasət
A
Marneulidə qanlı hadisə: Orta yaşlı kişi ailə üzvlərini bıçaqlayıb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində orta yaşlı kişi iki nəfər ailə üzvünü bıçaqlayıb.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə bu gün günün birinci yarısında baş verib.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Əldə edilən məlumata görə, yaralılar klinikaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır, digərinin isə stabil olduğu öyrənilib.

Aktual.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 117 11-ci prima maddəsi ilə başlayıb.

ŞƏRH YAZ
7