Kateqoriyalar
Marneuli-Tbilisi magistral yolunun Koda hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge-nin xəbərinə görə, hadisə zamanı “Ford Fusion” markalı avtomobillə kiçik yükdaşıyan “Ford” markalı nəqliyyat vasitəsi toqquşub.
Kartofla yüklənmiş yükdaşıyan avtomobil toqquşmanın təsirindən aşıb, digər avtomobilə isə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən, hadisə nəticəsində ağır xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.


