Kateqoriyalar
Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Aktual.ge xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatları sosial şəbəkədə Gürcüstanın müxtəlif bölgələrində yaşayan vətəndaşlar yayıblar.
Məlumata görə, ölkə ərazisində yağan güclü yağış səbəbindən paytaxt Tbilisi və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində fasilə yaranması ehtimal olunur.
Bu vaxta qədər Gürcüstanın Elektrik Sistemi məsələ ilə bağlı açıqlama verməyib. Qurumun mətbuat xidməti telefon zənglərinə cavab vermir.
Məlumat yenilənəcək.