Marneulidə həyat yoldaşını bıçaqlayan və anasına zorakılıq edən şəxsə ittiham irəli sürülüb
Bugün
276
Siyasət
A
Marneulidə həyat yoldaşını bıçaqlayan və anasına zorakılıq edən şəxsə ittiham irəli sürülüb

Marneulidə həyat yoldaşını bıçaqlayan, həmçinin azyaşlı övladlarının gözü qarşısında anasına zorakılıq edən şəxsə rəsmi ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, iyulun 22-də Marneuli bələdiyyəsində təqsirləndirilən şəxs həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. O, eyni zamanda azyaşlının iştirakı ilə öz anasına qarşı zorakılıq edərək ona bədən xəsarəti yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi elə həmin gün saxlayıblar.

Ona ailə üzvünə qarşı azyaşlının iştirakı ilə ailədaxili zorakılıq, ailə üzvünün sağlamlığına qəsdən yüngül xəsarət yetirmə, eləcə də ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb. Bu cinayətlərə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edəcək.

ŞƏRH YAZ
1