Bilet tapmaq asanlaşacaq: Bakı-Tbilisi qatarının tərkibi genişləndirilir
Bugün
355
İqtisadiyyat
A
Bilet tapmaq asanlaşacaq: Bakı-Tbilisi qatarının tərkibi genişləndirilir

Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparır.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan mətbuatına ölkənin səhmdar cəmiyyətindən məlumat verilib.

Məlumata əsasən, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir:

"Bu təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və ya əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır. ADY sərnişin tələbatını təhlil etməyə, mövcud resursları səmərəli şəkildə səfərbər etməyə və Bakı–Tbilisi–Bakı marşrutunun imkanlarını mərhələli şəkildə artırmağa davam edəcək".

ŞƏRH YAZ
2