Kateqoriyalar
Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları "Interpol"un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Saxlanılan şəxs Türkiyə Respublikası hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə beynəlxalq səviyyədə axtarışda idi.
Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir", - məlumatda deyilir.