Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub
Bugün
179
Maraqlı
A
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub

Gürcüstanda baş verən işıq kəsilməsindən sonra istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub.

Aktual.ge xəbər verir ki, bu barədə "Gürcüstan Dövlət Elektrik Sistemi" (Georgian State Electrosystem - GSE) məlumat yayıb.

"Hazırda əsas şəhərlərdə elektrik enerjisi tam bərpa olunub. Paralel olaraq, qəzanın dəqiq səbəbləri müəyyən edilir və bu barədə ictimaiyyətə əlavə məlumat verəcəyik", - deyə qeyd olunub.

Məlumat üçün bildirək ki, hələ də müəyyən yerlərdə elektrik enerjisinin verlişi tam bərpa edilməyib.

ŞƏRH YAZ
0