2026-cı ilin birinci yarısında Gürcüstanda elektrik enerjisi idxalı illik müqayisədə 56% artıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin məlumatlarında qeyd olunub.
Cari ilin hesabat dövründə 39,615 milyon dollar dəyərində elektrik enerjisi idxal olunub ki, keçən ilin yanvar-iyun ayları ərzində bu rəqəm 25 milyon 325 milyon dollar təşkil etmişdi.
Rusiya və Türkiyənin elektrik enerjisi idxalındakı payı 67%-i ötür
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində elektrik enerjisi idxalı 4 ölkədən həyata keçirilib və bunların arasında ən böyük pay Türkiyə ilə Rusiyanın payına düşüb. Ümumilikdə, bu iki ölkənin elektrik enerjisi idxalındakı payı 67.1% təşkil edib.
Daha konkret desək, cari ilin hesabat dövründə ölkəyə elektrik enerjisi aşağıdakı ölkələrdən idxal olunub:
Türkiyə (34.4%) — 13,624 milyon dollar dəyərində;
Rusiya (32.7%) — 12,954 milyon dollar dəyərində;
Azərbaycan (22.7%) — 9,011 milyon dollar dəyərində;
Ermənistan (10.2%) — 4,026 milyon dollar dəyərində.