Azərbaycan Respublikasından İraqın Kərbəla şəhərinə “Ərbəin” ziyarətinə gedən zəvvarlara Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə) Məscidi günlərdir ev sahibliyi edir.
İyulun 20-dən etibarən İmam Hüseynin (ə) “Ərbəin” – 40 mərasiminə yola çıxan azərbaycanlı zəvvarlar Marneuli Mərkəzi Məscidində ən azı iki gün dincəlir, ehtiyaclarını qarşılayır və daha sonra yollarına davam edirlər.
İyulun 20-dən etibarən məscidə gələn müxtəlif zəvvar qruplarının bütün zəruri ehtiyacları məscid tərəfindən qarşılanır. Zəvvarların qalması üçün yer ayrılır, gündə üç dəfə yeməklə təmin olunur, limitsiz çay və su verilir, eləcə də digər zəruri ehtiyacları qarşılanır.
Marneuli İmam Əli (ə) Məscidinin axundu, imam-cümə Hacı Hacıyev bildirib ki, indiyədək 500-ə yaxın zəvvarı qonaq ediblər və bu, artıq bir növ ənənəyə çevrilib.
Azərbaycanlı zəvvarlar isə Marneuli Mərkəzi İmam Əli (ə) Məscidində səmimi qarşılandıqlarını, bütün ehtiyaclarının təmin edildiyini bildirərək məscid rəhbərliyinə və yerli əhaliyə təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, Marneuli Mərkəzi Məscidi ilə yanaşı, digər bir sıra məscidlər də azərbaycanlı zəvvarlara ev sahibliyi edib.
Daha ətraflı Salo Salahlının hazırladığı video süjeti təqdim edirik: