Kateqoriyalar
ABŞ tərəfindən sanksiyaya məruz qalan İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb.
Aktual.ge xəbər verir ki, məlumatı "Azadlıq Radiosu“ yayıb.
Bildirilir ki, İran aviaşirkətləri son reyslərini sentyabrın 20-də həyata keçirib, bu gündən etibarən isə onların Gürcüstan aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, ABŞ İran şirkətlərinə 8 sentyabr 2026-cı ildə sanksiya tətbiq edib. Sanksiyaların elan edilməsindən sonra Gürcüstan tərəfi 'beynəlxalq sanksiyalar rejiminə tam riayət etməklə' hərəkət edəcəyini bəyan edib. Gürcüstandakı İran səfiri bu açıqlamaya münasibət bildirib və iranlı turistlərin Gürcüstana səfərlərinə, eləcə də alternativ turizm məkanlarının mövcudluğuna diqqət çəkib.