Batumidə tarixi yağıntı: 100 ildə bir dəfə qeydə alınan səviyyəyə çatdı
Bugün
130
Hadisə
A
Batumidə tarixi yağıntı: 100 ildə bir dəfə qeydə alınan səviyyəyə çatdı

Sentyabrın 19-da gün ərzində və sentyabrın 20-si səhər saatlarınadək Acaranın sahil zonasında və ona bitişik ərazilərdə güclü intensivlikli yağıntı qeydə alınıb, nəticədə Batumi şəhərinin ayrı-ayrı ərazilərində küçələrin su basması və şəhər infrastrukturunun müvəqqəti olaraq həddindən artıq yüklənməsi baş verib.

Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Milli Ətraf Mühit Agentliyinin meteoroloji müşahidələrinə əsasən, region üzrə ən yüksək yağıntı miqdarı Batumi şəhərində qeydə alınıb. Burada 21 saat fasiləsiz yağış yağıb və sentyabrın 19-20-də düşən yağıntının ümumi miqdarı 275 mm təşkil edib. Bu isə aylıq iqlim normasının 90%-dən çoxdur.

“Bununla yanaşı, 1 saat ərzində (19.09. saat 21:00-dan 22:00-dək) bu miqdarın 20%-i, yəni 52,5 mm yağıntı düşüb. Tarixi məlumatlarla müqayisədə, Batumi stansiyasında 24 saat ərzində qeydə alınan yağıntının miqdarı (273 mm) sentyabr ayı üçün görünməmiş göstəricidir və 100 ildə bir dəfə təkrarlanma ehtimalı olan yağıntı kateqoriyasına aiddir.

Həmçinin Agentliyin meteoroloji stansiyalarının məlumatlarına əsasən, sentyabrın 19-20-də yağıntının miqdarı Kobuleti stansiyasında 134,5 mm, Koxidə (Kobuleti) 58,5 mm, Mtirala Milli Parkında 93 mm, Sindiəti (Xelvaçauri) stansiyasında isə 50,8 mm təşkil edib.

Milli Ətraf Mühit Agentliyi hidrometeoroloji şəraitin fasiləsiz monitorinqini davam etdirir. Gözlənilən hava şəraiti və hidrometeoroloji təhlükələr barədə məlumat və xəbərdarlıqları Milli Ətraf Mühit Agentliyinin erkən xəbərdarlıq mobil platformasında izləmək mümkündür: METEO.GOV.GE”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0