Qızılın qiyməti ucuzlaşdı
Bugün
91
Siyasət
A
Qızılın qiyməti ucuzlaşdı

Gold Price-ın məlumatına görə, 1 unsiya qiymətli metalın dəyəri gün ərzində 30 dollar azalaraq 4 316 dollar olub. Günlük göstəricidə qızılın qiyməti 0,7% ucuzlaşıb.

Aktual.ge xəbər verir ki, eyni məlumatlara əsasən, qiymətli metalın dəyəri son 1 ay ərzində 3,14% azalıb, illik göstəricidə isə qızılın qiyməti 19,26% artıb. Gümüşün qiyməti isə hazırda gün ərzində 0,56% azalaraq 1 unsiya üçün 64 dollar təşkil edir.

Gürcüstanda qızıl və gümüşün qiyməti nə qədərdir?

Hazırda Gürcüstanda 1 qram 999 əyarlı qızılın qiyməti 374 lari, 750 əyarlı qızılın qiyməti 280 lari, 585 əyarlı qiymətli metalın qiyməti isə 219 lari təşkil edir.

Gümüşə gəlincə, Gürcüstanın yerli bazarında 1 qram 999 əyarlı gümüşün qiyməti 5,43 lari, 875 əyarlı gümüşün qiyməti isə 4,75 lari təşkil edir.

ŞƏRH YAZ
0