Kateqoriyalar
ABŞ tərəfindən tətbiq edilən sanksiyalar fonunda İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq.
Aktual.ge xəbər veirr ki, “Georgia Holiday” turizm şirkətində təsdiqləyiblər ki, sanksiyaya məruz qalan aviaşirkətlər Gürcüstan istiqamətində son reyslərini sentyabrın 20-də həyata keçirəcəklər.
Mülki Aviasiya Agentliyi sentyabrın 10-da bildirib ki, Gürcüstan tərəfi beynəlxalq sanksiya rejiminə tam riayət edəcək və ABŞ və Avropa İttifaqının sanksiya mexanizmlərini nəzərə alacaq.
Xatırladaq ki, ABŞ sentyabrın 8-də İranın aviasiya sektoru ilə əlaqəli 36 subyektə qarşı məhdudiyyətlər tətbiq edib. Onların arasında Gürcüstan istiqamətində də uçuşlar həyata keçirən şirkətlər olub.