Toylarımızdan bu ilin sonundan rus rublu şabaşı yığışdırılır.
Aktual.ge xəbər verir ki, bununla bağlı incəsənəd nümayəndələri qərar qəbul edib.
"Bizim sizin qarşınıza bu gecə çıxmağımızda bir məqsədimiz var ki, toylarımızın səliqəli, səviyyəli, gözəl görünməsi üçün rublları yığışdırmalıyıq, dostlar. Mən sizdən xahiş edirəm, razısınızsa, fikirlərinizi də bizimlə bölüşün.
Burada olmayan musiqiçilər də var ki, Soğanlıq elindən, Qardabani elindən, Bolnisi elindən, bəzi musiqiçilərimizə çatdırıb deyə bilmədik ki, bu gün yığışırıq. Onları da salamlayıram, ümid edirəm onlar da fikrimizə hörmətlə yanaşarlar.
Mən sizdən, dəyərli millətim, bu musiqiçilər adından, müğənnilər adından xahiş edirəm ki, gəlin həm sizin toylar gözəl keçsin, həm də biz rahat şəkildə sizin toyları idarə eləməyimiz üçün rublları toylarımızdan yığışdıraq.
Hər bir dəstə üzvü, dəstə rəhbəri sizinlə əlaqə saxladığı zaman onların xərcləri var, onu nəzərinizə çatdıraq ki, məsələn mənim min dollar xərcim var, mənim filan qədər xərcim var. Xərci deyəcəksiniz də, sonra da nə yığılacaq? Ordan gələn qonaqlar, nə hədiyyələr Allah bərəkət versin. Üstünü düzəldəcəksiniz, həmişə gözəl günlər sizinlə olsun. Biz nə ediriksə, nə düşünürüksə, millətimizin toylarının gözəl keçməsi üçün edirik. Ümid edirik bizi də gözəl-dəqiq başa düşəcəksiniz. Təşəkkür edirəm" , - deyib müğənni Sahil Dəniz.
Aparıcı Afiq Novruzov (Nato) isə deyib ki, müvafiq qaydanı bu ilin sonundan tətbiq etməyi planlayırlar.
"Vurğulamaq istəyirik ki, bu rubl məsələsini biz dekabrın sonundan yığışdırmağa planlayırıq. Həm də vurğulamaq istəyirəm ki, dəyərli toy sahibləri, bütün hər biri, hətta bilirsiniz ki, dekora, mektə, tort maketinə, fişənqlərə yəni hər şeyə pul verirlər, bir tək musiqiçilərdən başqa... Ona görə də bu nəzərə alınmalıdır" , - söyləyib Afiq Novruzov.