Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır
Bugün
140
Dünya
A
Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Aktual.ge Almaniyanın "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Zelenski özü jurnalistlərə müsahibəsində deyib.

"Bəli, əlbəttə. Biz getməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - deyə Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, onun Rusiya prezidentinə məhz nə deyəcəyi o qədər də önəmli olmayacaq. O vurğulayıb: "Yalnız nəticə əhəmiyyət kəsb edəcək".

Qeyd edək ki, G20 sammiti 14-15 dekabrda ABŞ Prezidenti Donald Trampın sədrliyi altında "Trump National Doral Miami" qolf klubunda təşkil olunacaq. Rusiya tədbirə dəvət alıb və iştirak formatı üzərində işləyir. Cənubi Afrika Respublikası Vaşinqtonla diplomatik ixtilaflar səbəbindən dəvət edilməyib, qonaqlar arasında isə Qazaxıstan və Özbəkistan liderləri də var. Sammitin rəsmi saytındakı məlumata əsasən, G20-yə daxil olmayan, lakin tədbirə dəvət edilən ölkələr arasında Ukraynanın adı hələlik yoxdur.//Oxu

ŞƏRH YAZ
2