Türkiyə ilə Azərbaycan arasında diaspor sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Anlaşma Memorandumu imzalanıb.
Aktual.ge xəbər verir ki, memorandum Türkiyə tərəfi ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında imzalanıb.
Sənədi Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının sədri Abdulhadi Turus və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb.
Anlaşma çərçivəsində məlumat və təcrübə mübadiləsi, birgə proqramların həyata keçirilməsi, xaricdə yaşayan Azərbaycan və Türkiyə icmalarının qarşılaşdığı ayrı-seçkilik və irqçiliklə mübarizə, eləcə də mədəni və sosial layihələr üzrə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Tərəflər əməkdaşlığı daha geniş və sistemli müstəviyə daşımaq niyyətində olduqlarını bildiriblər.