Yaxın günlərdə Gürcüstanda isti və əsasən yağıntısız hava şəraiti hökm sürəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, paytaxt Tbilisidə əsasən yağışsız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə olacaq.
Sahil bölgəsi:
Batumi, Kobuleti, Anaklia, Poti: yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə olacaq.
Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali: əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə olacaq.
Kaxeti bölgəsi:
Saqarcevo, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə olacaq.