Gürcüstanda cərimələrdən büdcəyə 127 807,1 min lari daxil olub
Bugün
63
Siyasət
A
Gürcüstanda cərimələrdən büdcəyə 127 807,1 min lari daxil olub

Cari ilin ilk 6 ayında cərimə və dəbbə pulları şəklində dövlət büdcəsinə 127 807,1 min lari daxil olub. Bu, proqnoz göstəricisinin (84 000,0 min lari) 152,2 faizinə bərabərdir.

Aktual.ge xəbər verir ki, büdcənin yanvar-iyun ayları üzrə icrasına dair hesabat Parlamentin Regional Siyasət Komitəsinin iclasında maliyyə nazirinin müavini Giorgi Kakauridze tərəfindən təqdim edilib.

“Üzücü reallıq ondan ibarətdir ki, nəqliyyat vasitələri ilə hərəkət qaydalarının pozulması halları artıb və bu da müvafiq cərimələrin tətbiqinə səbəb olur. Son 6 ay ərzində cərimələrlə bağlı hər hansı dəyişiklik olmayıb - ötən il müəyyən edilmiş qaydalar və cərimə məbləğləri qüvvədə qalır. Buna baxmayaraq, pozuntuların sayı artıb.

Bu, yalnız nəqliyyat vasitələri ilə bağlı məsələ deyil. Şirkətlərin öz öhdəliklərini yerinə yetirməməsi halları da artıb. Bələdiyyələr və İnfrastruktur Nazirliyi bu istiqamətdə fəaliyyətlərini xeyli gücləndirib. Şirkət öz öhdəliklərini yerinə yetirmədikdə, bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cərimə ödəməli olur”, - deyə Kakauridze Parlamentin Regional Siyasət Komitəsinin iclasında bildirib.

ŞƏRH YAZ
0