Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib
Bugün
101
İqtisadiyyat
A
Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Gürcüstanın üç beynəlxalq hava limanı bu ilin 8 ayında 4,6 milyondan çox sərnişinə xidmət göstərib.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Kaçretidə “Ambassadori Aviation Village” layihəsinin açılışında bildirib.

Nazirin sözlərinə görə, regionda və qlobal aviasiya sektorunda mövcud çətinliklərə baxmayaraq, Gürcüstanda aviasiya sektorunun inkişaf dinamikası bu il də qorunub saxlanılıb və həyata keçirilən uçuşların sayı artıb.

Mariam Kvrivişvili qeyd edib ki, 2025-ci ildə Gürcüstanın üç beynəlxalq hava limanı rekord sayda – 8,5 milyon sərnişinə xidmət göstərib. Həmçinin ötən il hava yolu ilə daşınan yüklərin həcmi 2024-cü illə müqayisədə 54 faiz artıb.

"Artan sərnişin axınına cavab olaraq ölkədə hava limanı infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsinə 150 milyon dollar investisiya qoyulur. Layihə başa çatdıqdan sonra hava limanı ildə 10 milyona qədər sərnişinə xidmət göstərə biləcək.

Kutaisi Beynəlxalq Aeroportunda da yeni, 3,5 kilometrlik uçuş-enmə zolağının tikilir. Bundan əlavə, Vaziani Beynəlxalq Aeroportunun inkişafı ilə bağlı hazırlıq işləri aparılır" , - deyib Mariam Kvrivişvili.

Nazir qeyd edib ki, Kaxetidə yeni daxili hava limanının və Mestiyada yeni terminalın tikintisi üzrə də tenderlər elan olunub.

ŞƏRH YAZ
0