Agentlikdən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq
Bugün
353
Maraqlı
A
Agentlikdən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq

Sentyabrın 7-ə qədər Gürcüstanda fasilələrlə yağış yağacağı gözlənilir. 

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Həmin məlumatq əsasən, ökənin bütün Qərb bölgələrində, o cümlədən Şərqdə isə Şida Kartli ilə yanaşı, dağlıq və yüksək dağlıq ərazilərin bəzi yerlərində yağışın güclü intensivlikdə olacağı gözlənilir.

Agentlik əhalini şimşək çaxması və dolu, dənizdə isə 4-5 ballıq fırtına ehtimalı barədə xəbərdar edir. 

Bildirilib ki, ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxtda güclü qərb küləyi əsəcək.

“Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - qeyd edilən məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.

ŞƏRH YAZ
0