Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1252-yə çatıb
Bugün
54
Dünya
A
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1252-yə çatıb

Nepalda dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 1 252 nəfərə çatıb.

Aktual.ge Report-a istinadən xəbər verri ki, meyitlər ölkənin bir neçə rayonunda aşkar edilib. Bununla yanaşı, 18 həlak olmuş şəxslərin meyitləri Hindistan ərazisində tapılaraq Nepal tərəfinə təhvil verilib.

İtkin düşmüş hesab edilən 4 min 875 nəfərin axtarışları davam edir.

959 naməlum həlak olmuş şəxs barədə məlumat ailələrə onların müəyyən edilməsində kömək məqsədilə Nepal polisinin rəsmi saytında dərc olunub. DNT analizindən sonra 897 cəsəd dəfn edilib.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqının səbəbi Çinlə sərhəddə, "Rasuvaqadhi" sərhəd keçid məntəqəsindən təxminən 20 km şimal-şərqdə uçqunun düşməsi olub. Güclü su, palçıq və dağ süxuru axını böyük sürətlə çay yatağı boyunca 70 km-dən çox məsafəni qət edərək yaxınlıqda yerləşən yaşayış məntəqələrini dağıdıb və böyük ərazinin su altında qalmasına səbəb olub.

ŞƏRH YAZ
1