İnzibati Xətallar Məcəlləsinə dəyişik planlanır | Bunlara cərimələr tətbiq oluna bilər
Bugün
61
Maraqlı
A
 İnzibati Xətallar Məcəlləsinə dəyişik planlanır | Bunlara cərimələr tətbiq oluna bilər

İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi mümkündür.

Aktual.ge xəbər verir ki, bu barədə qanunverici orqana təqdim edilmiş 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulan hökumətin qanunvericilik fəaliyyəti üzrə qısamüddətli planında qeyd olunur.

Sənəddə, digər məsələlərlə yanaşı, bildirilir ki, şəxs ixrac məqsədilə plastik əşyalar hazırlayırsa, bu barədə bir ay əvvəl Ekoloji Nəzarət Departamentinə yazılı şəkildə məlumat verməlidir.

Məlumata görə, bu öhdəliyin yerinə yetirilməməsinə görə qüvvədə olan qanunvericilikdə heç bir sanksiya nəzərdə tutulmayıb. Qanunvericilik fəaliyyəti planına əsasən, hökumət İnzibati Xətalar Məcəlləsinə müvafiq məzmunlu müddəaların əlavə edilməsini planlaşdırır.

Məcəlləyə yeni maddələrin əlavə edilməsinə gəlincə, sənəddə qeyd olunub ki, bərk faydalı qazıntıların emalı (xırdalanması və/və ya çeşidlənməsi) fəaliyyəti nəticəsində havanın çirkləndirilməsinə görə sanksiyalar tətbiq ediləcək.

Bundan əlavə, planlaşdırılan dəyişikliklərə əsasən, Gürcüstan ərazisində kükürdün miqdarı müəyyən edilmiş yol verilən həddən artıq olan dəniz yanacağının, ağır yanacağın və qazoylun idxalına, istehsalına və təchizatına görə də sanksiyalar tətbiq ediləcək.

Təşəbbüs, həmçinin torpağın münbit qatının götürülməsi, onun saxlanılması ilə bağlı məcburi işlərin yerinə yetirilməməsi və həmin qatın daşınması qaydalarının pozulmasına görə cərimələrin tətbiq edilməsini nəzərdə tutur.

Xatırladaq ki, həmin planda Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərlə əlaqədar, görünən tüstü buraxan avtomobillərin yoxlanılmasından imtina və ya yoxlamadan yayınma halları üzrə sanksiyaların sərtləşdirilməsinin də mümkün olduğu qeyd olunur.

ŞƏRH YAZ
0