Kateqoriyalar
Gürcüstan Parlamentinin payız sessiyası açılıb.
Aktual.ge xəbər verir ki, sessiyanın açılışı zamanı Gürcüstanın dövlət himni səsləndirilib.
Parlamentin sədri Şalva Papuaşvili bu gün Büro iclasında bildirib ki, sessiyada bu gün yalnız deputatların siyasi çıxışları olacaq.
Onun sözlərinə görə, qanun layihələrinin müzakirəsi və səsverməsi nə bu gün, nə də cari həftə üçün nəzərdə tutulub.
Bununla yanaşı, spikerin verdiyi məlumata görə, payız sessiyası çərçivəsində bir sıra qanunvericilik yeniliklərinin müzakirəsi planlaşdırılır.
Onun sözlərinə görə, hazırda müxtəlif böyük islahatlar üzərində iş aparılır.