DİN-dən Tbilisidəki dəhşətli qətl hadisəsi ilə bağlı AÇIQLAMA
28.08.2026 23:17
295
Kriminal
A
DİN-dən Tbilisidəki dəhşətli qətl hadisəsi ilə bağlı AÇIQLAMA

Tbilisinin Avlabari rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı polis bir nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, həm öldürülən şəxs, həm də qətldə təqsirləndirilən şəxs xarici ölkə vətəndaşlarıdır.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə xarici ölkə vətəndaşını cinayətin isti izləri ilə saxlayıblar.

İstintaq nəticəsində müəyyən edilib ki, Tbilisidə iki xarici ölkə vətəndaşı arasında münaqişə yaranıb. Bu zaman onlardan biri digərinə soyuq silah, həmçinin küt əşya ilə xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Yaralanan şəxs hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan silah isə maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, "TvPirveli" telekanalı qətl hadisəsini törədən şəxsin Rusiya vətəndaşı olduğunu yazmışdı.

ŞƏRH YAZ
0