Marneuli merinin qohumundan eks-deputata hədə:
27.08.2026 22:30
791
Siyasət
A
Marneuli merinin qohumundan eks-deputata hədə: "Səni həbsə aparacaqlar"

Müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü, Marneuli Bələdiyyə Məclisinin keçmiş deputatı Ramo Əhmədov təhdidə məruz qalıb.

Aktual.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Marneuli merinin yaxın qohumu Zakir Sadıqov onu həbs olunmaqla hədələyir.

"Mən dünən axşam Marneulidə Rustaveli küçəsində baş vermiş xoşagəlməz hadisə ilə bağlı canlı yayım açmışdım, bundan sonra Zakir Sadıqov mənə rəy yazır ki, 'Sənin vaxtına çox az qalıb, səni həbsə aparacaqlar'. 

Mən bu canlı yayımı nə üçün açıram? Ona görə ki, əgər sabah mənim üçün hansısa təhlükə yaranarsa, yaxud başıma bir iş gələrsə, ya da maşınıma və ya evimə nəsə atılarsa, bunu bütün Gürcüstan bilməlidir. Zakir Sadıqov Marneuli merinin çox yaxın qohumudur" , - deyib Ramo Əhmədov.

O, növbəti paylaşımında isə yazıb:

"Evimdə və ya başqa yerdə hər hansı qanunsuz bir şey aşkar olunarsa, bunun sifarişçisi və ya icraçısı 'Gürcü Arzusu', şəxsən Marneuli meri Daur İsmayılov və onun qohumu Zakir Sadıqovdur".

ŞƏRH YAZ
5