Gürcüstanda biometrik pasportlara böyük dəyişiklik
26.11.2025 01:35
1313
Maraqlı
A
Gürcüstanda biometrik pasportlara böyük dəyişiklik

Biometrik (Xarici pasport) pasportlarla bağlı dəyişikliklər həyata keçirilir.

Aktual.ge xəbər verir ki, bu barədə Hökumət parlamentə qanun layihəsi təqdim edib.

Layihəyə əsasən, şəxsiyyət vəsiqəsi (yaşayış icazəsi) elektron forması sənədin kontaktsız mikroçipindən məlumatların oxunması üçün istifadə olunan çıxış kodunu, həmçinin QR kodu ehtiva etməlidir. Bu QR kod vasitəsilə şəxs sənəd və ya onun sahibinə dair məlumatları (əlillik statusu, tələbə statusu, sənədin qüvvədə olub-olmaması və s.) yoxlaya biləcək. Bundan başqa, şəxsiyyət vəsiqəsinin (yaşayış icazəsinin) elektron formasında barmaq izi də olacaq.

Qanunvericilik dəyişikliklərinə əsasən, maraqlı şəxs, sənədin qüvvədəolma müddətinin bitməsinə 6 aydan az qalarsa, şəxsiyyət vəsiqəsini (yaşayış icazəsini), pasportu, səfər pasportunu və səfər sənədini dəyişdirmək hüququna malik olacaq.

Layihəyə görə, daimi yaşayış icazəsi 18 yaşına qədər olan şəxsə 4 il müddətinə, 18 yaşına çatmış şəxsə isə 5 il müddətinə veriləcək. Müvəqqəti yaşayış icazəsinin qüvvədəolma müddəti isə yaşayış icazəsinin müddətinə uyğun müəyyən olunacaq, lakin 18 yaşına qədər olan şəxs üçün maksimum 4 il, 18 yaşına çatmış şəxs üçün isə maksimum 5 il olacaq.

Dəyişikliklər “Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı, şəxsiyyət (yaşayış) vəsiqəsinin və Gürcüstan vətəndaşı pasportunun verilməsi qaydası haqqında” qanuna daxil edilir.

Ədliyyə nazirinin müavini Giorgi Dgebuadzenin komitə müzakirəsi zamanı izah etdiyinə görə, qanun layihəsinin hazırlanmasına səbəb Dövlət Xidmətləri İnkişaf Agentliyinin istifadəsində olan elektron sənədlərin çap texnikasının, pasportların və səfər sənədlərinin personalizasiya proqram təminatının texnologiya və funksionallıq baxımından köhnəlməsi, onların artıq müasir tələblərə cavab verməməsidir.

ŞƏRH YAZ
8